Sumqayıt şəhərində evlərdən oğurluq edən şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 3 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlayan, habelə cibgirlikdə şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş N.Əliyev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB