Sabunçuda zibilxanada baş verən yanğın mağazaya keçdi

Sabunçuda zibilxanada baş verən yanğın mağazaya keçdi

Bakı şəhərində zibilxanada yanğın baş verib. FHN-dən SİA-ya verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda məişət tullantıları 20 m² sahədə yanıb. Bu zaman yanğın yaxınlıqdakı mağazaya da keçib və mağazanın qapısının rezini 10 p.m yanıb. Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə