Pula görə Türkiyəyə qadın göndərən iki şəxs tutulub

Pula görə Türkiyəyə qadın göndərən iki şəxs tutulub

Gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə göndərən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən yanvarın 19-da tutulmuş Zabitə Bəkirovanın ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun, gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə göndərməsində həmyerlisi Arzu İbrahimova ilə əlbir olması da müəyyən edilib. İAQMİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.İbrahimova tutulub.

 

Qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar növbəti fakt Bakı şəhərində qeydə alınıb. Belə ki, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Arzu Yazıçı gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə