Bakıda itkin düşən qadın tapılıb

Bakıda itkin düşən qadın tapılıb. Hadisə aprelin 22-də Sabunçu rayonu ərazisində baş verib.

1984-cü il təvəllüdlü Xasıyeva Günel Abbasəli qızı aprelin 22-də Sabunçu rayonu ərazisində itkin düşüb. Ailə üzvlərinin müraciətindən sonra polis araşdırmalara başlayıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində G.Xasıyeva tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırmalar davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə