Qazax rayonunda oğurluqda şübhəli bilinən 2-ci Şıxlı kənd sakini Elnur Hacıyev həbs olunub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, o, Şəhidlər xiyabanından oğurluq etməkdə təqsirləndirilir.
Bildirək ki, adıçəkilən şəxs xiyabandan gecə saatlarında metal boruları və digər qiymətli əşyaları oğurlayıb. Aparılan dindirilmə zamanı məlum olub ki, Elnur cinayəti spirtli içkinin təsiri altında edib.
Artıq faktla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB