Neftçalada ata oğlunu döyüb

Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində ata oğluna xəsarət yetirib. “Report”un Aran bürosu xəbər verir ki, kənd sakini Sakit Kazımov mübahisə zəminində bel ilə 1991-ci il təvəllüdlü oğlu Zahid Kazımovun baş nahiyəsinə zərbə endirib.

Yaralı Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə