Sakit Okeanın Kamçatka sahillərində 4.7 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar 50 kilometr dəriliyində qeydə alınıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatkidən təxminən 200 km cənubda yerləşib.
Sunami ilə bağlı təhlükənin olmadığı açıqlanıb. Dağıntı və yaralılar haqqında heç bir məlumat daxil olmayıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB