Bina çökdü- dağıntılar altında qalanlar var

Bina çökdü- dağıntılar altında qalanlar var

Braziliyanın paytaxtı Rio-de Janeyroda iki yaşayış binasının çökməsi nəticəsində 2 nəfər ölüb, 15 nəfərə yaxın adam dağıntıların altında qalıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə yerli saatla səhər saatlarında baş verib. Bir neçə nəfəri dağıntıların altından xilas etmək mümkün olub. Yaralılar xəstəxanaya çatdırılıb. Xilasetmə tədbirləri davam etdirilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə