Gəncə şəhərində silah-sursat tapılıb. Kəpəz rayon Polis Şöbəsinə rayonun Avtozavod qəsəbəsində yaşayan, 1962-ci il təvəllüdlü Xəlillov Nəriman Məsim oğlunun döyüş sursatları gizlətməsi barədə məlumat daxil olub.
Adı çəkilən şəxsin evində aparılan əməliyyat zamanı oradan 1 ədəd "AKA 74" markalı avtomat, avtomat daraqları, 74 ədəd 5.45 kalibrli avtomat gülləsi, 4 ədəd F1 əl qumbaraları və 12 ədəd ov tüfəngində istifadə olunan gilizlər götürülüb.
Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Hüseyn Nuriyevin SİA-nın bölgə müxbirinə bildirdiyinə görə aparılan istintaq zamanı məlum olub ki, Nəriman Xəlilov silahları 2010-cu ilin may ayında məişət tullantıları arasından tapıb. Lakin bu müddət ərzində silahları polisə təhvil verməyib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə iş açılıb. Hüquq mühafizə orqanı əməkdaşları götürülən silahların digər cinayətlərdə istifadə olunub-olunmamasını araşdırır.
Həbs olunan Gəncə sakini əvvəllər qəsdən adamöldürmə maddəsi ilə 15 il azadlıqdan məhrum olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB