Malayziyada Kuala-Lumpur beynəlxalq hava limanının yaxınlığında baş verən qəza nəticəsində 10 nəfər həlak olub, 34 nəfər yaralanıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, sürücünün nəzarəti itirməsi nəticəsində 43 nəfər sərnişini olan avtobus su kanalına düşüb.
Hadisə yerinə xilasedicilər cəlb edilib. 8 xarici vətəndaş və sürücü hadisə yerində dünyasını dəyişib, daha bir nəfər xəstəxanada ölüb. 34 nəfər yerli xəstəxanalara çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB