Hacıqabulda 9 yaşlı uşaq ölüb

Hacıqabulda 9 yaşlı uşaq ölüb

Hacıqabulda 9 yaşlı uşaq ölüb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

İlkin məlumata görə, bir neçə ay bundan öncə Bakıda ürək əməliyyatı keçirmiş rayonun Qubalı-Baloğlan kənd sakini, 2010-cu il təvəllüdlü Hüseynov Sərdar Musa oğlunun halı qəfil pisləşib. O, Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılarkən yolda keçinib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə