Ölümlə nəticələnən qəza
Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Neftçala rayonunun Qaçaqkənd kənd sakini Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən naməlum səbəbdən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb. Nəticədə avtomobildə olan sərnişin İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri Nəbiyev Natiq Namiq oğlu, İsrafilov Qubad İlqar oğlu və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş.Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

Bütün xəbərlər Facebook səhifəmizdə