Bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Bir gündə yeddi nəfər dəm qazından zəhərlənib

Bir gün ərzində yeddi nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən gün Xırdalan şəhər sakini Dursun Aslanov, Hökməli qəsəbə sakini Vüqar Əsgərov, Ceyranbatan qəsəbə sakini Vüsal Mürsəlov, Saray qəsəbə sakini Mehbarə Cümşüdova, Lalə Əliyeva və qızı Xədicə dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətirilib.

 

Eyni zamanda Gəncə şəhər sakini Sevil Həsənova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Baş verən hadisələrlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə