Göyçay rayonunda piydanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Şirvan bürosunun məlumatına görə, hadisə saat 23:00 radələrində şəhərin Nizami küçəsində baş verib.
Şəhər sakini 1950-ci il təvəllüdlü Abduləli Məhəmmədəli oğlu Miriyev yolu keçən zaman hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili onu vurub. Yaralı dərhal ətrafdakıların köməkliyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə aparılıb.
Həkimlərin səyinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB