Gəncə məktəblərinin birində sinif otağı uçub- FOTOSLAYD

Gəncə məktəblərinin birində sinif otağı uçub- FOTOSLAYD

Gəncə şəhərinin Aşıq Ələsgər adına 36 saylı orta məktəbində sinif otaqlarının birində qəza hadisəsi olub. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün saat 13.00 radələrində baş verib.

Belə ki, iki sinif arasındakı divar tamamilə uçaraq yerlə-yeksan olub. Xoşbəxtlikdən həmin vaxt sinifdə heç kəs olmayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin rəsmiləri və 4 yanğınsöndürən avtomobil cəlb olunub.

Qurumun rəsmisi Mehman Hacıyevin SİA-ya bildirdiyinə görə, sinifdə yanğın izləri də aşkar edilib.

Hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə