Taliban Əfqanıstanda hücuma keçdi 20 əsgər və polis öldü

Taliban Əfqanıstanda hücuma keçdi 20 əsgər və polis öldü

Əfqanıstanda Talibanın Badğis əyalətindəki hökumət kompleksinə hücumu nəticəsində ən azı 20 əsgər və polis öldürülüb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Yerli nümayəndənin sözlərinə görə, hücum gecə saatlarında Balal-Murqab rayonunda hökumətin qərargahına qarşı yönəldilib.

O bildirib ki, qara örtüyə bürünən Taliban üzvləri hökumət binasının ətrafında təhlükəsizlik qüvvələrinə hücum edib. Təxminən 600 təhlükəsizlik işçisinin həyatı təhlükə altındadır.

Bölgədə intensiv mübarizə davam edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə