Bakının mərkəzində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Bakının mərkəzində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə saat 08:10 dəqiqədə Bakı şəhərinin Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 142 ünvanında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən SİA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri saat 08:15 dəqidədə yanğın yerinə çatıb.

Yanğın nəticəsində Mədəniyyət Nazirliyinə məxsus ümumi sahəsi 378 kv.m olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin yerləşdiyi üçmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 50 kv.m sahədə, digər otağın və dəhlizin tavanı 20 kv.m sahədə yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən saat 08:32 dəqiqədə söndürülüb.

Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə