Bakının mərkəzində binada yanğın baş verib FOTO

Bakının mərkəzində binada yanğın baş verib FOTO

Mədəniyyət Nazirliyinin strukturuna daxil olan Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin binasında yanğın baş verib. SİA-nın məlumatına görə, yanğın nəticəsində Bəşir Səfəroğlu küçəsində yerləşən binanın üçüncü mərtəbənin bir hissəsi və damı zərər çəkib.

Səhər saat 07:00 radələrində başlayan yanğın artıq söndürülüb. İlkin ehtimala görə hadisə qısaqapanma nəticəsində baş verib. "Təcili tibbi yardım" maşınları və Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Qeyd edək ki, xəsarət alan yoxdur.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə