Lənkəran rayonunda ağır yol-nəqliyyat qəzası iki nəfərin həyatına son qoyub. SİA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 23-də saat 21.00 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində - rayonunun Gərmətük qəsəbəsindən keçən hissəsində baş verib.
Lənkəran rayonunun Viyən kənd sakini, 1974-cü il təvəllüdlü Asəf Bayraməli oğlu Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılaraq arxa yuvarlanıb. Nəticədə sürücü və avtomobildə olan bibisi oğlu, 1983-cü il təvəllüdlü Cəmil Səxavət oğlu Abdullayev aldıqları bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.
İlkin versiya kimi hadisəyə səbəb avtomobilin sürət həddini aşması göstərilir. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB