Samuxda fərdi evdə yanğın olub

Samux rayonunda evdə yanğın olub. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbas Qasımov küçəsində qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub və yanğın söndürülüb. Yanğın zamanı ölən şəxsin kimliyi də məlum olub. Yanğın zamanı dünyasını dəyişən şəxs - Samux rayon sakini, 1972-ci il təvəllüdlü Hüseynov Habil Mikayıl oğludur. Onun tüstüdən zəhərlənərək öldüyü bildirilir. O, hadisə zamanı evdə tək olub. Yanğın nəticəsində evin mətbəxi və otağın bir hissəsi yanıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə