İranın vitse-prezidenti İsxaq Cahangirli xilasetmə və tibbi əməliyyatlara nəzarət etmək üçün ölkənin cənub-qərbində yerləşən Lurestan əyalətində səfərdədir. SİA-nın “İrna”ya istinadən verdiyi xəbərə görə, İran ordusunun bir sıra rəsmiləri və İslam Respublikasının Mühafizə Korpusu (İRGC) da daşqına məruz qalan vilayətlərə səfər ediblər. Bu ərazilərə çoxlu sayda İran qoşunları və ordu avadanlıqları göndərilib.
Çaylarda su səviyyəsinin artması səbəbindən, bəzi kəndlərin sakinləri artıq təhlükəsiz yerlərə köçürülüb.
Xatırladaq ki, ötən həftə İranın şimalındakı Qolestan əyalətində sel nəticəsində 8 nəfər həlak olub. Ölkənin cənub və cənub-qərb şəhərlərində baş verən daşqınlar ən azı 20 nəfərin ölümü ilə nəticələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB