Bakı sakininin avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı sakininin avtomobilini qaçıran şəxs saxlanılıb
Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Tağıyev martın 27-də "Toyota" markalı avtomobilinin qaçırıldığını bildirib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və 37-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən A.Əmiraslanov avtomobillə birgə Nobel prospektində saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə