Bərdədə rayonunda Tərtər çayından 18 yaşlı gəncin meyiti tapılıb. SİA-nın xəbərinə görə, hadisə rayonun Park Bulvar Kompleksi ərazisində qeydə alınıb. Həmin şəxsin 2001-ci il təvəllüdlü Ülvi Mətləb oğlu Rüstəmov olduğu bildirilir. Məlumata görə, martın 29-u gəncin ad günü olub. Onun peşə liseyinin tələbəsi olduğu bildirilir.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb. Müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB