Gədəbəy sakini evinə od vurub

Gədəbəy rayon sakini Ədalət Hüseynov yaşadığı mənzilini yandırıb. Hadisə Zamanlı kəndində baş verib. 1975-ci il təvəllüdlü Ə.Hüseynov ailə üzvlərini də yandırıb.

Gədəbəy rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Ə.Hüseynov yanıq xəsarətləri ilə dünyasını dəyişib. Digər ailə üzvləri isə dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə