Banqladeşdə yüksək mərtəbəli ofis binasında baş verən yanğın nəticəsində ən azı 19 nəfər həlak olub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir. Məlumata görə, bir çox insan yanan binadan çıxa bilməyib. Xilasedicilər ölüm sayının artacağı ilə bağlı xəbərdarlıq edib. Hazırda yanan binadan 100 nəfərdən çox insan xilas edilib.
Ekspertlərin fikrincə, yanğınına səbəbi yanğın təhlükəsizliyi qaydalarına düzgün əməl edilməməsi ola bilər. Çünki paytaxtın bu ərazisində bir neçə dəfə oxşar hadisələr baş verib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB