Latviyanın Yelqava şəhərində fəaliyyət göstərən qeyri-leqal tütün istehsalçıları həbs olunublar.
AZƏRTAC xəbər verir ki, qruplaşma saxta məhsul istehsal edərək onu İngiltərə, İrlandiya, Fransaya ixrac edib. Onların, həmçinin Polşada sexləri aşkarlanıb.
Ölkə qanunvericiliyinə əsasən, saxta siqaret istehsalı ilə məşğul olanlar cinayət məsuliyyətinə cəlb edilə bilməzlər, lakin qaçaqmalçıları həbs etmək qanuna uyğundur. Ona görə də ölkədə saxta tütünün istehsalı inkişaf edir, bununla məşğul olanlar isə kiçik məbləğdə cərimələnirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB