Şəkidə 80 yaşlı kişi intihar edib - VİDEO

Şəkidə 80 yaşlı kişi intihar edib - VİDEO

Şəkidə 80 yaşlı kişi özünü öldürüb. Yaşadığı evin həyətində heyva ağacından özünü asaraq canına qəsd edən yaşlı kişinin meyitini övladları aşkarlayıb.

SİA-nın xəbərinə görə, hadisə bu gün səhər saat 07 radələrində rayonun Kosalı kəndində baş verib. Kənd sakini, 80 yaşlı Quzu Həsənovun meyiti yaşadığı evin həyətində heyva ağacından asılmış vəziyyətdə aşkar edilib. Səhər erkəndən həyətə düşən mərhumun qızı ağacdan nəyinsə asıldığını görüb və qardaşını səsləyib. Özünü öldürən 80 yaşlı Quzu Həsənovun yaxınlarının sözlərinə görə, ailə daxilində ciddi problemlər olmayıb. Mərhum 2 qızı və oğulları ilə girişləri ayrı olan eyni evdə yaşayıblar. Yaşlı kişinin bacısı qardaşının ona sonuncu görüşündə səhhətində yaranan narahatlıqla bağlı nəyisə ifadə etmək istədiyini bildirib.

Quzu Həsənovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır

İlkin Akifoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə