Somalidə partlayışda ölənlərin sayı 11-ə çatdı

Somalidə partlayışda ölənlərin sayı 11-ə çatdı

Somalinin paytaxtında baş verən partlayış nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin təcili yardım xidməti açıqlayıb. Bundan öncə hadisə nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.

"Moqadişoda Maka Əl-Mukarama prospektində yerləşən restoranın qarşısında avtomobilin içərisində bombanın partlaması 16 nəfərin yaralanması, 11 nəfərin isə ölümü ilə nəticələnib", - deyə təcili yardım xidməti açıqlayıb.

Qeyd edək ki, bundan öncə, Moqadişoda ikinci partlayışın baş verdiyi açıqlanıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə