Qubada polis əməliyyat keçirdi, silahlı şəxs tutuldu VİDEO

Qubada polis əməliyyat keçirdi, silahlı şəxs tutuldu VİDEO

Qubanın Möhüc kənd sakinindən qanunsuz olaraq saxlanılan silahlar polis tərəfindən götürülüb.

SİA-nın xəbərinə görə, rayon polis şöbəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Möhüc kənd sakini Hüseynağa İsbatova məxsus fərdi yaşayış evinin həyətində gizlədilmiş bir ədəd “Skat” markalı tapança, bir ədəd xəncər, bir ədəd təklüləli ov tüfəngi və 9 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə