Qvatemalada 3 günlük matəm

Qvatemalada yük maşının kütlənin üzərinə sürməsi nəticəsində uşaqlar da daxil olmaqla 30 nəfərdən çox ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 17 nəfərdən çox Sololo, 9 nəfər isə Kesaltenanqo şəhərində yerləşə xəstəxanasına yerləşdirilib.

Hazırda ölənlərin tam dəqiq sayı bilinmir. Amma bəzi mənbələrdə 32 nəfərin olduğu açıqlanır. Qvatemalanın prezidenti hadisəyə görə baş sağlığı verib.

Daha sonra, Qvatemala hökuməti, ölkədəki faciə ilə əlaqədar olaraq üç günlük matəm elan edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə