Diqqət: Həbsxanalara narkotik keçirməyin inanılmaz üsulu...

Diqqət: Həbsxanalara narkotik keçirməyin inanılmaz üsulu...

Britaniyanın Dorset qraflığında həbsxana nəzarətçiləri məhbuslara qadağan olunmuş əşyaların, narkotikin necə çatdırılmasını araşdırarkən maraqlı bir sxemin üstünü açıblar. Məlum olub ki, bu məqsədlə ölü siçanlardan istifadə edilir.

Bizimyol.info xəbər verir ki, çöldəkilər ölü gəmiricilərin belinə mobil telefon və ona lazım olan avadanlıqları, narkotik paketlərini bağlayıb həbsxanaların hasarı üzərindən içəriyə atırmışlar. Həbsxana əməkdaşları üzərində “qaçaqmal” olan beş ölü siçanı ələ keçiriblər. Amma indiyədək bu yolla həbsxanaya nə qədər “yük daşındığını” müəyyənləşdirə bilməyiblər.

Britaniyada cəzaçəkmə müəssisələrinin fəaliyyətilə bağlı ayrıca nazirlik var. Nazir Rori Styüart bildirib ki, bu hadisə məhbusların xüsusən narkotikdən ötrü nələrə gedə biləcəyini göstərir. Nazir cəzaçəkmə müəssisələrində təhlükəsizliyin gücləndirilməsi, məhkumların islah olunması, təkrar cinayətlərin qarşısının alınması məqsədilə yeni tədbirlər görüləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə