Qoyun oğrusu tutuldu

Xəzər rayonunda qoyun oğurlayan şəxs saxlanılıb. SİA-ya DİN-dən verilən xəbərə görə, Xəzər RPİ 1-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də və 15-də rayon ərazisindəki iki həyətyanı sahədən 5 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Həsənov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə