Moskvada azərbaycanlılara yenə hücum edilib

Moskvada azərbaycanlılara yenə hücum edilib

Dünən Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib.

SİA-nın məlumatına görə, hücum saat 18:30 radələrində baş verib. Hücum edənlər təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar.

Yerli vətəndşlar tərəfindən 02 telefon nömrəsinə təkər təmiri məntəqəsində atəş açıldığı barədə məlumat verilib.

Mənbədə qeyd olunur ki, polis əməkdaşları Aminyevskoye şossesində "Mercedes" markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir.

Onun məlumatına görə, yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı iki maddə - xuliqanlıq və qəsdən ağır bədən xəsarətləri yetirmək maddələri üzrə cinayət işi açılıb. (İnterfaks)

Bütün xəbərlər Facebook səhifəmizdə