Göyçay rayonunda iki minik maşını toqquşub. "Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə dünən axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 9-cu km-də, rayonun Çərəkə kəndi ərazisində qeydə alınıb.
Göyçay istiqamətində hərəkətdə olan rayonun 29 yaşlı Yeniarx kənd sakini Abdullayev Saleh Əmiraslan oğlunun idarə etdiyi "İnfiniti" markalı minik maşını qarşı tərəfdən gələn 21 yaşlı Xəlitli kənd sakini Qasımov Anar Şakir oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobiliilə toqquşub.
Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Daha əvvəl Füzuli rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB