Lənkəranda 45 yaşlı kişi çayda boğulub

Lənkəranda 45 yaşlı kişi çayda boğulub

Lənkəran rayonunda 45 yaşlı kişi çayda boğulub. "Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Veravul çayında qeydə alınıb. İlkin məlumata görə, 1974-cü il təvəllüdlü Şamu Hacıbala oğlu Hacıyevehtiyatsızlıqdan çaya yıxılıb və suda batıb. Xilasedicilər onun cansız bədənini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə