Somalidə növbəti terror

Somalinin paytaxtında minalanmış avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 9 nəfər müxtəlif xəsarətlər alıb. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Partlayış güclü oldu, biz partlayışdan qalxan tüstü və tozun bütün ərazini necə bürüdüyünü gördük. Avtomobil minalanmışdı”, - deyə şahid İbrahim Farey bildirib.

Qeyd edək ki, bu ay həmin ərazidə digər terror hadisəsi nəticəsində 20 nəfər ölmüşdü.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə