Meksikanın əyalətində avtobusda olan sərnişinlər quldurlar tərəfindən oğurlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təxminən 20 nəfərin olduğu sərnişin avtobusu iki avtomobil tərəfindən mühasirəyə alınaraq dayandırılmağa məcbur edilib.
Avtobusun salonuna daxil olan silahlılar təxminən 20 nəfərə yaxın insanı naməlum istiqamətə aparıblar. Daha sonra avtobus sürücüsü öz rəhbərliyi ilə əlaqə saxlayaraq hadisə haqqında məlumatlandırıb.
Hüquq-mühafizə orqanları işə qarışsalar da hazırda oğurluqla bağlı rəsmi məlumat açıqlanmır.
Meksikanın şərq sahillərində yerləşən Tamaulipas əyaləti narkotik maddələrin ticarəti ilə məşğul olunan və dəfələrlə narkotiklə bağlı bu cür hadisələrin baş verdiyi sahədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB