Qusar rayonunda ölümlə nəticələnən yanğın olub. SİA FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb. Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB