4 dəfə məhkumluq həyatı yaşayan Lənkəran sakini yenidən həbs edilib
Lənkəranda daha bir oğurluq hadisəsinin üstü açılıb. Lənkəran şəhər polis idarəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, mərkəzi bazarda oğurluq edən şəhər sakini, əvvəllər 4 dəfə məhkum olunan 39 yaşlı Vidadi Səməd oğlu İbrahimov tutulub.
O, Lənkəran mərkəzi bazarında gecə saat 23.00 radələrində Tahirə Nəcəfovaya məxsus mağazanın arxa tərəfindən lomla dəlik açaraq mağazadan 1116 manat dəyərində müxtəlif pal-paltar oğurlayıb.
Axtarış tədbirləri nəticəsində Vidadi İbrahimovun törətdiyi oğurluq hadisəsinin üstü açılıb və oğurladığı əmlakın bir hissəsi yaşadığı evdə aşkar edilib. Hazırda Vidadi İbrahimov şübhəli şəxs qismində saxlanılıb.
Qeyd edək ki, faktla bağlı CM-in 177.2.3 maddəsi ilə cinayət işi başlanıb. Hazırda 5-ci məhkumluq həyatını yaşayacaq V.İbrahimovun daha hansı mağazalardan oğurluq etdiyi araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB