Azərbaycandan gedən mikroavtobus Stavropolda qəzaya düşdü 6 ölü, 5 yaralı

Azərbaycandan gedən mikroavtobus Stavropolda qəzaya düşdü 6 ölü, 5 yaralı

Azərbaycandan Rusiyanın Stavropol şəhərinə gedən mikroavtobus "ZİL" markalı yük maşını ilə toqquşub. SİA-nın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin Stavropol vilayət idarəsinin verdiyi məlumata görə, hadisə nəticəsinə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Nazirliyin məlumatına görə, yaralananlar Nevinnomysk xəstəxanasına aparılıb. Onların vəziyyəti ağırdır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə