5.7 bal gücündə zəlzələ olub

5.7 bal gücündə zəlzələ olub

Filippinin sahillərindən 5.7 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat açıqlayıb.

Məlumata görə, zəlzələ gecə saatlarında Cənubi Surigonu əyalətinin Hinatuan bələdiyyəsinin 69 kilometr şimal-şərqində yerləşib. Yeraltı təkanın dərinliyi 17,9 kilometr olub.

Hazırda dağıntı və qurbanlar haqqında heç bir məlumat açıqlanmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə