İki avtobus yük maşını ilə toqquşdu 6 ölü

İki avtobus yük maşını ilə toqquşdu 6 ölü

Qahirənin şimalında Buxeyra əyalətində iki avtobus və bir yük maşını arasında toqquşma nəticəsində 6 nəfər ölüb, 32 nəfər yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Səhiyyə Nazirliyinin nümayəndəsi məlumat verib.

Nazirlik nümayəndəsi açıqlayıb ki, xəstələrin yaxınlıqda yerləşən tibb müəssisələrinə çatdırmaq üçün hadisə yerinə 15 təcili yardım maşını cəlb edilib.

Yaralanan şəxslərin vəziyyəti fərqli dərəcədədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə