Ağcabədi rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən piyadanı minik avtomobili vurub. Qadın hadisə yerində ölüb. Hadisəni törədən şəxsin və piyadanın kimliyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB