Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Elvin Məmmədovun idarə etdiyi "VAZ 2106" markalı maşınla Faiq Əhmədovun idarə etdiyi "VAZ 21 07" markalı avtomobil toqquşub. Bu barədə SİA-nın bölgə müxbirinə rayon polis şöbəsindən bildirilib.
Toqquşma nəticəsində "VAZ 2107" yol kənarındakı piyadaları da vurub. Sürücü və piyadalar müxtəlif bədən xəsarətləri alıblar. Onlar dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB