Azərbaycan Ordusunun iki əsgəri həlak olub

Azərbaycan Ordusunun iki əsgəri həlak olub

Azərbaycan Ordusunun iki əsgəri qar uçqunu altında qalaraq həlak olublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə yanvarın 15-də, Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgərləri, 2010-cu ilin oktyabrında Sumqayıt şəhər Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 20 yaşlı Elşad İsmayıl oğlu Bayramov və 2010-cu ilin yanvarında Babək rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 20 yaşlı Təbriz Vəli oğlu Həmzəyev qar uçqunu altında qalaraq ölüblər.

 

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə