Bərdədə avtomobil piyadanı vurub

Bərdədə avtomobil piyadanı vurub

Bərdə rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qarabağ Mərkəzi xəbər verir ki, hadisə rayonun Heydər Əliyevprospektində qeydə alınıb.

Belə ki, "Volkswagen Touareg" markalı minik avtomobili yolu keçmək istəyən orta yaşlı kişini vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Yaralının kimliyi hələlik məlum deyil. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə