Qadınların çantasından pul oğurlayan keçmiş məhkum saxlanılıb

Qadınların çantasından pul oğurlayan keçmiş məhkum saxlanılıb

Bakıda ictimai nəqliyyatda cibgirlik etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində marşrut avtobuslarında əsasən qadınların çantalarından pul, sənəd, bankomat kartları və mobil telefon oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Biləsuvar rayon sakini Ə.Həsənov olduğu müəyyən edilib.

Araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə