Arvadını bıçaqlayan şəxs 11 il azadlıqdan məhrum edilib

Arvadını bıçaqlayan şəxs 11 il azadlıqdan məhrum edilib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirib.

1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis İdarəsi 19-cu polis bölməsinə gələrək təslim olub. Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb. Onların birgə nikahdan 2 uşağı var.

Bütün xəbərlər Facebook səhifəmizdə