Ramana sakini mərhum qardaşının silahlarını polisə təhvil verib

Ramana sakini mərhum qardaşının silahlarını polisə təhvil verib

Qanunsuz saxlanılan silah-sursatın könüllü təhvil verilməsi məqsədilə polis əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər öz nəticələrini verir. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Ramana qəsəbə sakini olan qadın evinin çardağında idman çantasının içində mərhum qardaşına məxsus silah-sursat aşkar etdiyini və onları könüllü olaraq polisə təhvil vermək istədiyini bildirib.

Həmin ünvana gələn polis əməkdaşları oradan 2 ədəd “F-1” qumbarasını, 2 ədəd alışdırıcını, 64 ədəd avtomat patronunu, 2 ədəd patron darağını, 2 ədəd siqnal fişəngini və 1 ədəd silah təmizləmə ləvazimatını aşkar edərək götürmüş və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə