Axtarışda olan İsmayıllı sakini saxlanılıb

Axtarışda olan İsmayıllı sakini saxlanılıb

Axtarışda olan İsmayıllı sakini saxlanılıb. DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (təkrar törədildikdə) maddələri ilə axtarışda olan İsmayıllı rayon sakini Elçin Məmmədov fevralın 23-də Bakı şəhəri ərazisində saxlanılaraq Qəbələ RPŞ-yə gətirilib və İstintaq bölməsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə